Bütün xəbərlər
MAQATE rəhbəri: "Rosatom"a qarşı sanksiyalar nüvə təhlükəsizliyini təhdid edir"
Tarix: 19-06-2024 17:40 | Bölmə: Manşet

Beynəlxalq Atom Enerjisi Agentliyinə rəhbərlik edən Rafael Qrossi xəbərdarlıq edib ki, "Rosatom"a qarşı yeni sanksiyalar arzuolunmazdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, MAQATE baş direktorunun sözlərinə görə, bu məhdudiyyətlər nüvə təhlükəsizliyi baxımından çox mənfi nəticələrə səbəb olacaq.
Qrossi daha əvvəl bildirmişdi ki, Rusiyanın nüvə yanacağından, eləcə də AES-in komponentlərindən asılılıq bir çox dövlətlər üçün 40%-ə yaxınlaşır.
Avropa İttifaqı Rusiya iqtisadiyyatının nüvə sektoruna qarşı sanksiyalarını genişləndirsə, bu, ilk növbədə Avropanın özünə zərər verəcək.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər