Bütün xəbərlər
Portuqaliya millisinin baş məşqçisi Ronaldonun dostlarına onunla eyni oteldə qalmağı qadağan edib
Tarix: 17-06-2024 19:22 | Bölmə: Manşet

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez hücumçu Kriştiano Ronaldonun dostlarına komanda ilə eyni oteldə qalmağı qadağan edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məşqçi bu qərarı ona görə verib ki, futbolçu Avro-2024 zamanı hazırlıqdan yayınmasın.
Bu barədə “Relevo” məlumat yayıb. Mənbənin məlumatına görə, oteldə Ronaldonun keçmiş komanda yoldaşları Migel Paixau və Xose Semedo, eləcə də meneceri Rikardo Requfe yerləşdirilib. Onlar bunu əvvəlki turnirlərdə etmişdilər, lakin indi Martinez onları qovmağı xahiş edib.
Rəqibləri Çexiya, Türkiyə və Gürcüstan komandalarının olacağı F qrupunda Portuqaliya 3 oyun keçirməli olacaq. Komandanın startı iyunun 18-də, portuqalların çexlərlə oynayacağı vaxt, qalan iki qarşılaşma isə müvafiq olaraq, iyunun 22 və 26-da keçiriləcək.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər