Bütün xəbərlər
Kadırov Məkkəyə Həcc ziyarətini yerinə yetirdiyini açıqlayıb
Tarix: 16-06-2024 17:50 | Bölmə: Manşet

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Məkkəyə həcc ziyarətinə getdiyini açıqlayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bu dəfə Allah-talanın evinə səfərim İslam təqvimində xüsusi əhəmiyyət kəsb edən zilhiccə ayının doqquzuncu gününə - Ərəfat gününə təsadüf etdi, digər şəriət qaydaları bütün günahların bağışlanmasına kömək edir”, – Kadırov Telegram kanalında yazıb.
O, həmçinin müqəddəs Kəbənin ətrafında namaz qıldığını və təvaf etdiyini də əlavə edib. Çeçenistan rəhbəri ailəsi və dostları, həmvətənləri və bütün müsəlmanlar üçün dualarının eşidiləcəyinə ümid etdiyini bildirib.
Bu gün Moskvada Qurban bayramı şənliyində 200 minə yaxın insan iştirak edib. Eyni zamanda Sankt-Peterburq bayramı qeyd edən müsəlmanların sayına görə Moskvanı ötüb. Orada namaz qılmaq üçün ümumilikdə 300 minə yaxın mömin toplaşıb.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər