13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Harris: "Vaşinqton Kiyevi ABŞ-ın çiçəklənməsi üçün dəstəkləyir"
Tarix: 15-06-2024 20:07 | Bölmə: Manşet

ABŞ-ın vitse-prezidenti Kamala Harris İsveçrədə keçirilən konfransda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə deyib ki, Birləşmiş Ştatlar Ukraynanı xeyriyyəçilik naminə deyil, Amerika üçün faydalı dünya nizamını qorumaq üçün dəstəkləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna xalqı və onun gələcəyi Amerikanın strateji maraqlarının bir hissəsidir. Birləşmiş Ştatlar suverenlik və ərazi bütövlüyü kimi beynəlxalq qayda və normaların, İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq sistemin saxlanmasında maraqlıdır. Bu sistem Amerikanın təhlükəsizliyini və rifahını gücləndirir, Harris bildirib.
ABŞ Ukraynanın humanitar ehtiyacları üçün 1,5 milyard dollardan çox vəsait ayıracaq ki, bunun da 824 milyon dolları enerji infrastrukturunun bərpasına gedəcək.
Bu arada, Vaşinqton və Kiyev arasında təhlükəsizlik razılaşması ABŞ-ın Ukraynanın müdafiəsinə uzunmüddətli sadiqliyini nümayiş etdirir, Harris vurğulayıb.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər