13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Ostin hesab edir ki, Putin Kiyevə sülh şərtlərini “diqtə etməməlidir”
Tarix: 14-06-2024 23:39 | Bölmə: Manşet

ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib ki, Rusiya prezidenti Vladimir Putin Kiyevə sülhə nail olmaq üçün nə etməli olduğunu “diqtə etməyə haqqı yoxdur”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, Ostin Putinin münaqişəni “bu gün” dayandıra biləcəyi fikrini bildirib və Rusiya prezidentini qoşunları “Ukraynanın suveren ərazisindən” çıxarmağa çağırıb.
Bu gün Rusiya diplomatik departamentinin rəhbərliyi ilə görüşdə çıxış edən Putin bildirib ki, Kiyev Ukrayna qoşunlarını Rusiyanın yeni bölgələrindən çıxaran və NATO-ya daxil olmaq planlarından imtina etdiyini bəyan edən kimi Rusiya Federasiyası Ukrayna ilə danışıqlara başlamağa hazırdır.
Alyansın baş katibi Yens Stoltenberq və Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya liderinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi təklifi rədd ediblər.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər