13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Peskov: "Qorlovkada rusiyalı jurnalistlərin atəşə tutulması təsadüfi deyil"
Tarix: 14-06-2024 23:08 | Bölmə: Manşet

Dmitri Peskov NTV-nin operatoru Valeri Kojinin ölümü və müxbir Aleksey İvliyevin yaralanmasından danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Putinin mətbuat katibinin sözlərinə görə, jurnalistlərin atəşə tutulması məqsədli olub.
Peskov bildirib ki, Rusiya İstintaq Komitəsi faciənin bütün hallarını müəyyən edəcək. “Ancaq səhv etmirəmsə, bəlkə də bu, jurnalistlərimizə qarşı qəsdən edilmiş hücumdur”, o əlavə edib.
İyunun 13-də İvliyev və Kojin Qorlovka ərazisində atəşə tutulub. Xəsarət alan jurnalistlərin vəziyyəti ağır olaraq xəstəxanaya çatdırılıb.
Kojini xilas etmək mümkün olmayıb. İvliyev əməliyyat olunub. Telekanalın müxbiri qolunu itirib. Daha sonra o, Moskvaya təxliyə edilib.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər