13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
ABŞ Müdafiə Nazirliyi: Kiyev üçün silah qiymətləri 8 milyard dollar şişirdilib
Tarix: 14-06-2024 11:11 | Bölmə: Manşet

Ukraynaya gedən Amerika silahlarının qiyməti 1,6 milyard dollar qiymətləndirilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin hesabatında deyilir.
Sənəddən o da məlum olur ki, əvvəlki audit artıq 6,2 milyard dollar bahalaşma aşkar etmişdi. Bununla belə, Pentaqon heç bir tədbir görməyib, RİA Novosti yazır.
Xatırladaq ki, mayın ortalarında ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişlik İdarəsi Kiyev rejiminə ötürülən yardımın mümkün sui-istifadəsi ilə bağlı 12 hadisəni araşdırdığını açıqlamışdı. Söhbət dələduzluq, korrupsiya, oğurluq, texnologiyanın yayılmasına qoyulan məhdudiyyətlərin pozulması kimi pozuntulardan gedir.
Bundan əlavə, iyunun əvvəlində amerikalı jurnalistlər müəyyən ediblər ki, Ukrayna rəsmiləri Amerika səfirinin ölkədə korrupsiya məsələsini gündəmə gətirməsindən çox qıcıqlanıblar.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər