13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Rusiya Federasiyası və Braziliya prezidentləri Ukrayna və münaqişənin həlli üzrə sammiti müzakirə ediblər
Tarix: 10-06-2024 21:14 | Bölmə: Manşet

Rusiya Prezidenti Vladimir Putin Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lula da Silva ilə telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, digər məsələlərlə yanaşı, iki ölkə başçıları Ukrayna mövzusuna da toxunublar.
Putinin da Silva ilə danışıqları Kremlin Teleqram kanalında yayılıb.
“Vladimir Putin Ukrayna ətrafında vəziyyəti müzakirə edərkən, İsveçrədə keçirilən qondarma “sülh konfransı” ilə bağlı Rusiya tərəfinin prinsipial yanaşmalarını açıqlayıb”, - mesajda deyilir.
Öz növbəsində da Silva Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli variantlarının axtarışına töhfə vermək istəyini qeyd edib. O, bunu əvvəllər Braziliya və Çinin məşhur birgə təşəbbüsündə əks etdirib.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər