13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Stoltenberq: "ABŞ olmadan Avropa özünü müdafiə edə bilməyəcək"
Tarix: 06-06-2024 16:44 | Bölmə: Manşet

NATO-nun baş katibi Yens Stoltenberq Avropa ölkələrini alyans çərçivəsindən kənarda öz müdafiələrini inkişaf etdirməmək barədə xəbərdarlıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, Aİ daxilində paralel hərbi strukturların yaradılması bloku yalnız “zəiflədəcək”.
“Mən NATO-nun funksiyalarının təkrarlanmasının əleyhinəyəm, bu, Avropanı zəiflədəcək, biz transatlantik əlaqələri pozmamaq üçün öz sənayemizi inkişaf etdirməliyik”.
Stoltenberq əlavə edib ki, ABŞ və Böyük Britaniyanın köməyi olmadan Köhnə Dünya sağ qala bilməz. Müttəfiqlərin Avropadan kənar tərəfdaşların dəstəyinə ehtiyacı var.
Bu arada Bundestaq 500 milyard avroluq müdafiə fondunun yaradılmasını təklif edib. O, Avropa təhlükəsizliyinə təhdid şəraitində layihələri maliyyələşdirəcək.
Bununla paralel olaraq Almaniya Rusiya ilə müharibə olacağı təqdirdə 900 min ehtiyat saxlamaq istəyir.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər