Bütün xəbərlər
Yüksəkvəzifəli şəxs vəfat etdi
Tarix: 04-06-2024 11:40 | Bölmə: Manşet

                     yuksekvezifeli-sexs-vefat-etdi



Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yüksəkvəzifəli şəxs qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Ramin Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi vəzifəsini daha əvvəl İnam Kərimov və Vüsal Hüseynov da tutub.


                                   


Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub