13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
ABŞ Yaxın Şərqdəki münaqişə ilə bağlı yeni qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib
Tarix: 04-06-2024 09:49 | Bölmə: Manşet

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib ki, iyunun 3-də Birləşmiş Ştatlar Qəzza zolağındakı vəziyyətlə bağlı yeni qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına göndərib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin saytında dərc edilmiş bəyanatda qeyd edildiyi kimi, bu Yaxın Şərq qətnamə layihəsi İsrail və Fələstinin Həmas hərəkatı arasında atəşkəsə dair yeni təklifi dəstəkləmək üçün nəzərdə tutulub.
TASS xəbər verir ki, müzakirə olunan təklifdə deyilir ki, Qəzzada hərbi əməliyyatların dayandırılması atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı ehtiva edir.
Tomas-Qrinfildin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası HƏMAS-ın razılaşmanı qəbul etməsində israr etməlidir.
“Təhlükəsizlik Şurasının üzvləri bu fürsəti əldən buraxmamalıdırlar, biz bu sazişi dəstəkləmək üçün vahid cəbhə təqdim etməliyik”, - ABŞ-ın BMT-dəki səfiri əlavə edib.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər