Bütün xəbərlər
Ukrayna prezidentinin ofisi Zelenskinin Konstitusiya Məhkəməsində legitimliyinin təsdiqlənməsinin əleyhinə qərar verib
Tarix: 03-06-2024 17:06 | Bölmə: Manşet

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi mayın 20-dən sonra prezidentlik səlahiyyətləri rəsmən başa çatan Ukrayna liderinin legitimliyi məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməkdən imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ofis rəhbərinin müavini İrina Mudraya bildirib.
Mudrayanın dediyi kimi, seçkilər və Zelenskinin legitimliyi məsələsi hələ 2023-cü ildə Ukrayna parlamentinin fraksiyalarının siyasi məsləhətləşmələri zamanı müzakirə edilib. Onun sözlərinə görə, prezident seçkilərinin müharibənin və hərbi vəziyyətin başa çatmasından altı ay sonra keçirilməsi planlaşdırılır.
Aparat rəhbərinin müavininin sözlərinə görə, Ukrayna prezidentinin Konstitusiya Məhkəməsinə müraciət etmək üçün əsası yoxdur.
Bundan əvvəl Ukraynanın hazırkı konstitusiyasının müəllifi Dmitri Tabaçnik bildirib ki, mayın 20-dən sonra Zelenski legitim prezident deyil və onunla heç bir danışıqlar aparılmayacaq.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər