Bütün xəbərlər
Peskov: "Rusiya və Çin enerji dialoqunun davam etdirilməsində maraqlıdır"
Tarix: 03-06-2024 15:45 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva və Pekin enerji dialoqunun davam etdirilməsində və dərinləşdirilməsində maraqlıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun xatırlatdığına görə, bu mövqe Rusiya Federasiyası və Çin liderləri tərəfindən təsdiqlənib.
"Davam edən kommersiya danışıqlarının aspektlərinə gəlincə, onlar, əlbəttə ki, qeyri-ictimaidir", - Kremlin sözçüsü bildirib.
O əlavə edib ki, hər bir ölkə öz maraqlarını müdafiə edir və bu, tamamilə normaldır.
Bütün lazımi razılaşmalar əldə olunacaq - buna şübhə yoxdur, Peskov vurğulayıb.
Rusiya liderinin mətbuat katibi təsdiqləyib ki, Rusiya Federasiyası ilə Çin arasında enerji təchizatı sahəsində əməkdaşlığın davam etdirilməsi mövzusu Rusiya prezidentinin mayın 16-17-də Çinə səfəri zamanı Vladimir Putin və Si Cinpin arasında danışıqların gündəliyində olub.
"Financial Times" daha əvvəl yazmışdı ki, Putin və Si Cinpin digər məsələlərlə yanaşı, üç məsələni müzakirə ediblər: Çinin Ukrayna üzrə konfransda iştirakdan imtina etməsi, “Sibirin gücü-2” qaz kəməri sazişi və Rusiyada Çin banklarının aktivləşdirilməsi.
Mayın sonunda Çin digər hökumətlərə İsveçrədəki konfransda iştirak etməyəcəyini bildirdi.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub