Bütün xəbərlər
Qazaxıstandan Avropa ölkələrinə uçuşlara bütün məhdudiyyətlər aradan qaldırılıb
Tarix: 31-05-2024 12:23 | Bölmə: Manşet

Avropa Komissiyası əvvəllər təhlükəsizlik qara siyahısına daxil edilmiş Qazaxıstan aviaşirkətlərindən Aİ ölkələrinə uçuşlara qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, bu, aviasiya təhlükəsizliyinin təmin edilməsində mühüm irəliləyiş nəzərə alınmaqla edilib. Aİ ekspertləri hava gəmilərinin istismarı sahəsində sertifikatlaşdırma, nəzarət və nəzarət sistemində, eləcə də aviaşirkət və hava limanı personalının təlimi və lisenziyalaşdırılması sahəsində əhəmiyyətli təkmilləşdirmələri qeyd ediblər.
2024-cü ilin fevralında Aİ ekspertləri Qazaxıstanda uçuş təhlükəsizliyi sisteminin texniki qiymətləndirilməsini aparıblar. Auditin nəticələrinə əsasən, Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun Aviasiya Departamentinin direktoru Filip Kornelis mayın 30-da yazdığı məktubda ölkə aviasiyasının fəaliyyətinin gücləndirilmiş monitorinqinin başa çatdığını elan edib.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər