Bütün xəbərlər
Putin Vyetnam və Şimali Koreyaya səfər etməyi planlaşdırır
Tarix: 30-05-2024 12:46 | Bölmə: Manşet

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiya lideri Vladimir Putinin KXDR və Vyetnama səfərlərinə hazırlıq gedir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rudenkonun qeyd etdiyinə görə, bu səfərlərə hazırlıq yüksək mərhələdədir.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin KXDR-ə səfərinə hazırlıqların getdiyini təsdiqləyib.
Rusiyanın Vyetnamdakı səfiri Gennadi Bezdetko daha əvvəl məlumat vermişdi ki, Putin yaxın vaxtlarda Vyetnama səfər edəcək. Bununla belə, səfir qeyd edib ki, Rusiya prezidentinin səfərinin dəqiq vaxtını hələlik açıqlamaq mümkün deyil.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər