Bütün xəbərlər
Putin: "Ukrayna hökmdarlarının öz xalqına yazığı gəlmir"
Tarix: 28-05-2024 18:07 | Bölmə: Manşet

Kiyev hakimiyyəti Ukrayna xalqının maraqlarını qorumur, çünki onları öz maraqları hesab etmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
“Bugünkü Ukrayna hökmdarları bu insanlara yazığı gəlmir, onları özlərininki hesab etmirlər”, o, “Rossiya 24” telekanalında deyib.
Putin ümid etdiyini bildirib ki, Ukrayna vətəndaşları sonda ölkədəki mövcud hökumətin onların maraqlarını qorumadığını hiss edəcəklər.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər