Bütün xəbərlər
Putin Yeni Özbəkistan parkını ziyarət edib və Müstəqillik abidəsinin önünə əklil qoyub
Tarix: 26-05-2024 20:53 | Bölmə: Manşet

Daşkəndə dövlət səfəri ilə gələn Rusiya prezidenti Vladimir Putin gəlişindən dərhal sonra “Yeni Özbəkistan” parkına gedib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, orada o, Müstəqillik abidəsinin önünə əklil qoyub.
Sonra Putinə və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Asiya Oyunlarına hazırlıq layihələri və respublikada həyata keçirilən “Yeni Daşkənd” təqdim olunub. “İnterfaks” yazır ki, Rusiya liderinə Müstəqillik abidəsinin memarlıq xüsusiyyətləri barədə də məlumat verilib.
Sonra dövlət başçıları birlikdə xatirə şəkli çəkdirib və hökumət iqamətgahına gediblər. Orada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iki lider arasında qeyri-rəsmi ünsiyyət baş tutacaq.
Səfər zamanı Putin və Mirziyoyev ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Onlar həmçinin Rusiya və Özbəkistanın Regionlar Şurasının ilk iclasında iştirak edəcəklər. Səfərin yekunları üzrə ikitərəfli sənədlər paketi imzalanacaq.
Sahəsi 104 hektar olan “Yeni Özbəkistan” parkı respublika Prezidentinin təşəbbüsü ilə salınıb. Özbəkistanın bu ən böyük mədəniyyət və istirahət parkı 2021-ci il avqustun 31-də ölkənin müstəqilliyinin 30-cu ildönümünün qeyd olunması münasibətilə açılıb.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub