Bütün xəbərlər
Ağ Ev Baydenin Ukrayna sammitində iştirakını elan etməyə hələ hazır deyil
Tarix: 22-05-2024 22:51 | Bölmə: Manşet

ABŞ hakimiyyəti hələlik prezident Cozef Baydenin Ukrayna ilə bağlı konfransda iştirakını elan edə bilmir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə rəhbərinin köməkçisi Ceyk Sallivan deyib.
RİA Novosti yazır ki, o, sammitə hazırlıqla şəxsən məşğul olduğuna aydınlıq gətirib. Sullivan qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyünü nəzərə alaraq, sülh məsələsində əsas qüvvədir.
Xatırladaq ki, Ukrayna üzrə konfrans iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Bern 160 ölkəni tədbirə dəvət etdiyini iddia etsə də, Rusiya bu siyahıda yer tapmayıb.
Vladimir Putinin sözlərinə görə, əgər onu orda görmək istəməsələr, Moskva bu sammitdə iştirak etmək barədə xahiş etməyəcək.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər