Bütün xəbərlər
Tokayev: "Qazaxıstan Rusiyaya strateji tərəfdaş və müttəfiq kimi baxır"
Tarix: 20-05-2024 19:32 | Bölmə: Manşet

Rusiya Qazaxıstan üçün əsas tərəfdaş və müttəfiqdir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
Tokayev əlavə edib ki, Astana Rusiya dövləti ilə münasibətlər qurarkən onların müttəfiq və strateji xarakterli münasibətlərini rəhbər tutur. Onun sözlərinə görə, bu tezis 2023-cü ilin noyabrında Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfəri zamanı təsdiqlənib. Tokayev xatırladıb ki, Putinin səfəri zamanı mühüm sazişlər imzalanıb, onların icrasına Qazaxıstan prezidenti şəxsən nəzarət edir. TASS xəbər verir ki, investisiya əməkdaşlığı fəal şəkildə inkişaf edir.
Tokayev əlavə edib ki, bu yaxınlarda Putinlə telefonla danışıb.
“Biz bir daha qeyd etdik ki, əvvəllər əldə edilmiş bütün razılaşmaların lazımi şəkildə yerinə yetirilməsinə ehtiyac var”
İki ölkə arasında ticarət uğurla inkişaf edir. Ticarət dövriyyəsi rekord həddə - 27 milyard dollara çatıb. Təbii ki, bu, tavan deyil, Kasım-Jomart Tokayev vurğulayıb. Tokayev Rusiya və Qazaxıstan arasında ikitərəfli münasibətlərin inkişafında, eləcə də Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində Sergey Lavrovun unikal şəxsi rolunu qeyd edib.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub