Bütün xəbərlər
Qırğızıstanın Daxili İşlər Nazirliyi Bişkekdə ölənlərlə bağlı məlumatı şərh edib
Tarix: 18-05-2024 20:53 | Bölmə: Manşet

Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyan edib ki, mayın 18-nə keçən gecə Bişkekdə baş verən toqquşmalar zamanı insan tələfatı barədə xəbərlər yalandır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarə paytaxt sakinlərini və qonaqlarını təxribatlara əl atmamağa çağırıb. “RİA Novosti” xəbər verir ki, nazirliyin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, saxta məlumatlar sosial şəbəkələrdə və messencerlərdə müəyyən “üçüncü şəxslər” tərəfindən vəziyyətin sabitliyini pozmaq məqsədilə yayılıb.
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, gecə baş verən hadisələrdən sonra 29 nəfər həkimə müraciət edib.
Şənbə günü gecə saatlarında Bişkekin bir neçə rayonunda əcnəbilərin (əsasən Asiyadan olan mühacirlərin) kütləvi şəkildə yaşadığı yerlərdə yerli sakinlərin iştirakı ilə mitinqlər keçirilib.
Onlar mayın 13-də Qırğızıstanın paytaxtında yataqxanalardan birində əcnəbilərlə ölkə vətəndaşları arasında münaqişə baş verən kütləvi dava iştirakçılarına ədalət tələb ediblər.


Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub