Bütün xəbərlər
RS: Blinken Ukraynaya səfəri zamanı Donbass və Krımın adını çəkmədi
Tarix: 17-05-2024 23:55 | Bölmə: Manşet

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya səfəri zamanı çıxışında Krım və Donbassla bağlı ərazi ambisiyalarını qeyd etməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Responsible Statecraft" nəşri buna diqqət çəkib.
Müstəqil jurnalist Ken Klippenşteyn Blinkenin Kiyevə səfərindən tezisləri təhlil edib. Krım və ya Donbas haqqında bircə dənə konkret söz yox idi. Həmçinin, Amerika dövlət katibi beynəlxalq səviyyədə tanınmış sərhədləri qeyd etməyib.
Blinken mayın 14-də elan olunmamış səfər üçün Kiyevə gedib. Orada xüsusi əməliyyatda kritik məqamın gəldiyini söyləyib.




Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub