Bütün xəbərlər
Qrossi: "MAQATE lazım olduğu müddətcə Zaporojye AES-də mövcudluğunu davam etdirəcək"
Tarix: 16-05-2024 23:59 | Bölmə: Manşet

MAQATE-nin baş direktoru Rafael Qrossi deyib ki, agentliyin Zaporojye AES-dəki missiyası lazım olan qədər işləyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qrossinin etiraf etdiyinə görə, Zaporojye AES ətrafında vəziyyət son dərəcə çətin və qeyri-sabit olaraq qalır. Ukrayna ordusu atom elektrik stansiyasını atəşə tutmağı dayandırmadığı üçün regionda nüvə təhlükəsizliyi böyük təhlükə altındadır.
"Sahədəki mütəxəssislərimiz sayəsində biz dünyanı orada baş verən hadisələrlə bağlı məlumatlandıra bilərik. Biz bu böyük nüvə obyektini təhlükəsiz və sağlam saxlamaq üçün əlimizdən gələni etməyə davam edəcəyik", - Qrossi bildirib.

MAQATE-nin müfəttiş qrupları Zaporojye AES-də artıq 18 dəfə dəyişib. TASS xatırladır ki, mütəxəssislər 2022-ci il sentyabrın 1-dən stansiyada işləyirlər.




Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub