Bütün xəbərlər
Zelenski: "Ukrayna iki "Patriot" sistemi almasa, Xarkovu itirə bilər
Tarix: 16-05-2024 16:31 | Bölmə: Manşet

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə iki "Patriot" sistemi verilməsə, Xarkov itirilə bilər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  ABC News-ə müsahibə verən Zelenskinin dediyinə görə, Ukrayna ordusunun iki "Patriot" sisteminə ehtiyacı var. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrində zenit-raket kompleksləri varsa, Rusiya qüvvələri Xarkovu "işğal edə" bilməyəcək.
Bundan əvvəl Ukrayna lideri ABŞ dövlət katibi Antoni Blinkendən Xarkovu qorumaq üçün iki "Patriot" sistemi istəyib.
Məqalə müəllifinin sözlərinə görə, Zelenski Blinkenin Kiyevə səfərindən məyusdur.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub