Bütün xəbərlər
Kobaxidze ABŞ-ın Gürcüstana qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı söhbətləri qeyri-ciddi adlandırıb
Tarix: 14-05-2024 23:04 | Bölmə: Manşet

Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib ki, ABŞ-ın Gürcüstana qarşı tətbiq edə biləcəyi sanksiyalardan danışmaq ciddi deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hökumət başçısının qeyd etdiyinə görə, əgər söhbət ikitərəfli münasibətlərin inkişafından gedirsə, o zaman belə söhbətlər əks-məhsuldardır.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bir müddət əvvəl Gürcüstan parlamentinin xarici agentlər haqqında qəbul etdiyi qanun layihəsinin Amerika dəyərlərinə uyğun olmadığını, həmçinin Gürcüstanın Avropa İttifaqına daxil olmaq və NATO kimi təşkilatlarla əməkdaşlıq etmək istəyinə zidd olduğunu bildirib.
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen öz növbəsində qeyd edib ki, qanun layihəsi nəhayət qəbul olunarsa, Vaşinqton Tbilisiyə qarşı məhdudiyyətlər tətbiq edə bilər.


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub