Bütün xəbərlər
Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə əsaslı şəkildə yenidən baxmağa məcbur olacaq
Tarix: 14-05-2024 22:38 | Bölmə: Manşet

Xarici agentlər haqqında qanun qüvvəyə minərsə, ABŞ Gürcüstanla münasibətlərə əsaslı şəkildə yenidən baxmağa məcbur olacaq.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Bununla belə, o, belə bir yenidən qiymətləndirmənin nəticələrinin dəqiq nə olacağını açıqlamayıb.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel, öz növbəsində, Gürcüstan hakimiyyətinin xarici agentlər haqqında qanunla bağlı “kursunu dəyişməli” olduğunu, çünki bu, Amerika dəyərlərinə və gürcü xalqının istəklərinə uyğun olmadığını vurğulayıb.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Bürosunun rəhbəri Cim O'Brayen bildirmişdi ki, qanun indiki formada qalarsa, Vaşinqton Gürcüstan hakimiyyətinə, o cümlədən iqtisadi qurumlara qarşı sanksiyalar tətbiq edə bilər.
Gürcüstan prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını təsdiqləyib, lakin bunun simvolik jest olacağını etiraf edib.


Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub