Bütün xəbərlər
"Le Parisien": Mbappe PSJ prezidenti ilə dava etdi
Tarix: 13-05-2024 22:36 | Bölmə: Manşet

"Paris Saint-Germain"in hücumçusu Kilian Mbappe Fransa çempionatının 33-cü turunun "Tuluza" ilə oyunu öncəsi klub prezidenti Naser Əl-Xelayfi ilə dava edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ötən bazar günü Parisdə baş tutan görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın başlamasına bir neçə saat qalmış PSJ-nin prezidenti Mbappeyə yaxınlaşaraq vida videosunda çoxlarına təşəkkür etdiyini, lakin onun adını çəkməməsinin səbəbini soruşub. "Le Parisien"in məlumatına görə, bundan dərhal sonra Mbappe ilə Əl-Xelayfi arasında dava düşüb.
Mbapee daha əvvəl PSJ ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcəyini açıqlamışdı. Mətbuatın yazdığına görə, forvard karyerasını "Real Madrid"də davam etdirəcək.
Forvard PSJ-nin heyətində bütün yarışlarda 307 oyuna çıxıb, 256 qol vurub və 108 məhsuldar ötürmə edib. 25 yaşlı forvard 2018-ci ildə dünya çempionu olduğu Fransa millisində də 77 oyun keçirib və 46 qol vurub.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub