Bütün xəbərlər
Mişustin MDB ölkələrinin hökumət başçılarının Aşqabadda keçiriləcək iclasında iştirak edəcək
Tarix: 13-05-2024 15:49 | Bölmə: Manşet

Rusiyanın baş naziri mayın 24-də Aşqabadda keçiriləcək MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Departamentin aydınlaşdırdığı kimi, görüş zamanı birlik üzvləri arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin cari məsələləri müzakirə olunacaq. Bundan əlavə, baş nazirlər enerji, nəqliyyat, ekologiya, əqli mülkiyyətin qorunması və mədəni-humanitar əməkdaşlıq sahələrində sənəd layihələrini müzakirə edəcəklər.
Türkmənistana səfər Mişustinin yenidən baş nazir postuna təyin olunmasından sonra ilk xarici səfəri ola bilər.


Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər