Bütün xəbərlər
SPD lideri Myutçenix: "NATO ölkələrindən Ukrayna üzərində Rusiya raketlərinin vurulması ideyası təhlükəlidir"
Tarix: 12-05-2024 22:45 | Bölmə: Manşet

Almaniya Sosial Demokrat Partiyasının (SPD) parlament fraksiyasının rəhbəri Rolf Myutçenix, NATO ölkələrinin ərazisindən Ukrayna üzərində Rusiya raketlərinin vurulması ideyasını tənqid edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oxşar təşəbbüslə qərbli hərbi ekspert Niko Lange çıxış edib və onun təklifinə görə, Polşa, Rumıniya, Macarıstan və Slovakiyada quraşdırılmış hava hücumundan müdafiə sistemləri 70 kilometr dərinliyə qədər sərhəd bölgələrində Ukrayna səması üzərində təhlükəsizlik zonası yarada bilər.
“NATO əməliyyatı vasitəsilə Ukraynanın hava məkanını qorumaq istəyi bizim müharibəyə fəal müdaxilə etmək istəmədiyimiz prinsipdən imtina etmək deməkdir”, - deyə, Myutçenix yazır: “Mən bu cür təklifləri məsuliyyətsiz və son dərəcə təhlükəli hesab edirəm”.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı prezidentin tapşırığına əsasən aviasiya və dəniz qüvvələrinin cəlb edilməsi ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsinə hazırlığa başlayıb. Qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi təcrübəsinin keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, onlar ayrı-ayrı Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq Rusiyanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz təmin edilməsinə yönəlib.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub