Bütün xəbərlər
Parlamentin fəaliyyəti dayandırılarsa, Tbilisidə etirazçılara qarşı cinayət işi açılacaq
Tarix: 12-05-2024 21:28 | Bölmə: Manşet

Xarici agentlər haqqında qanunun nəzərdən keçiriləcəyi parlament binasını bağlamağa cəhd edən etirazçılara polis cinayət işi açacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar günü Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri məlumat verib.
Nazir xatırladıb ki, Gürcüstanın Cinayət Məcəlləsinə əsasən, xüsusi əhəmiyyət kəsb edən obyektin bir qrup tərəfindən bloklanması 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, etirazçılar mayın 13-nə keçən gecə qanunverici orqanın qarşısını kəsməyə cəhd edə bilərlər ki, deputatlar səhər saatlarında ora daxil ola bilməyəcəklər. Qomelauri əlavə edib ki, qanunu pozanlar lazımi qaydada cəzalandırılacaqlar.
Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Ölkə prezidenti Salome Zurabişvili, müxalifət nümayəndələri və Qərb diplomatları bunun Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına əngəl törədəcəyinə inanaraq, bunun əleyhinədirlər.
Bu qanun layihəsinin Gürcüstan parlamentində irəli sürülməsi Tbilisidə təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilən etirazlara səbəb olur.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub