Bütün xəbərlər
“Real Madrid” futbolçuları “Qranada”nın qapısından dörd cavabsız top keçirib
Tarix: 11-05-2024 23:10 | Bölmə: Manşet

Futbol üzrə İspaniya çempionatının 35-ci turunun matçında “Real Madrid” səfərdə “Qranada”nı məğlub edərək, rəqib qapısına 4 qol vurub – 4:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin heyətində Brahim Diaz dubla, Fransisko Qarsiya və Arda Gülər də bir dəfə fərqlənib.
Turnir cədvəlinə 90 xalla "Real Madrid" başçılıq edir. Əvvəllər “qaymaqlılar” vaxtından əvvəl ölkə çempionu olub. “Qranada” 21 xalla 19-cu yerdədir.


Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub