Bütün xəbərlər
Manturov Rusiya Federasiyasının yeni hökumətində baş nazirin birinci müavini vəzifəsinə təklif olunub
Tarix: 11-05-2024 20:35 | Bölmə: Manşet

Rusiyanın baş naziri Mixail Mişustin ölkə hökumətinin yeni tərkibini baxılmaq üçün Dövlət Dumasına təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Rossiya 24” telekanalının şənbə günü sənədə istinadla verdiyi məlumata görə, xüsusilə sənayeyə rəhbərlik edən Manturovun baş nazirin birinci müavini postunu tutması planlaşdırılır.
Bundan əlavə, nəqliyyat və logistikanın, o cümlədən beynəlxalq səviyyədə inkişafının vacibliyini nəzərə alaraq, yeni Nazirlər Kabinetində ixtisaslaşmış Baş nazirin müavini peyda olacaq. Bu posta namizəd Nəqliyyat Nazirliyinə rəhbərlik etmiş Vitali Savelyevdir.
Sənəddən görünür ki, hökumət sədrinin sənayeyə məsul müavini statusunun artırılması prezidentin yeni may fərmanına əsasən, “texnoloji liderliyin təmin edilməsi”nin vacibliyi ilə bağlıdır. Qeyd edilir ki, məhz bu, iqtisadi inkişafın güclü təkanverici qüvvəsinə çevrilə bilər. Söhbət ilk növbədə təyyarə istehsalı, emal sənayesi, dəzgah sənayesi, radioelektronika və hərbi sənaye kompleksində liderlikdən gedir.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub