Bütün xəbərlər
Zelenski: "Bütün cəbhə xəttində ağır döyüşlər gedir"
Tarix: 10-05-2024 22:34 | Bölmə: Manşet

Vladimir Zelenski bildirib ki, bütün cəbhə xətti boyunca ağır döyüşlər gedir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Zelenski bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra bildirib. Xarkov və Pokrovsk istiqamətlərinə xüsusi diqqət yetirildi.
Zelenski və Sırski həmçinin müdafiə tədbirləri və Xarkov vilayətində Ukraynanın mövqelərinin gücləndirilməsini müzakirə ediblər. "Ayrıca, Çasov Yar" deyə, Ukrayna prezidenti yazıb.
Bundan əvvəl Zelenski Rusiya ordusunun Xarkov vilayətinə hücumunu təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri buna hazır idi və xətti saxlayır. Bununla yanaşı, Ukrayna lideri qeyd edib ki, Rusiyanın cəlb etdiyi qüvvələrin miqyası hələ də aydın deyil.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər