21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Sumqayıtda “Tələbələrin Xəmsə Kuboku”nun qalibi müəyyən oldu
Tarix: 21-12-2017 08:57 | Bölmə: Manşet

Sabaha-inamla.az xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən 19 dekabr 2017-cı il tarixində Heydər Əliyev Mərkəzində “Sumqayıt Tələbələrinin Xəmsə Kuboku” adlı bilik yarışması təşkil edilmişdir.
Tədbir dövlət himnin səsləndirilməsi ilə başlanılmışdır.
Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş idarəsinin rəis əvəzi Mübariz Bəşirov iştirakçıları salamlayaraq, əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir. Bildirildi ki, şəhərimizdə də gənclərimizin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılmış, müasir tələblərə cavab verən obyektlər istifadəyə verilmişdir.
Baş İdarənin nəzdində fəaliyyət göstərən Sumqayıt İntellektual Klubunun hakimlərinin idarəçiliyi ilə keçirilən yarışmada müxtəlif sahələri təmsil edən tələbə-gənclərdən ibarət 12 komanda iştirak etmişdir. Ümumilikdə hər komandada 6 nəfər olmaqla 72 tələbə-gənc qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin keçən bilik çempionatının yekununda I yerə Sumqayıt Dövlət Universitetinin “Səfəvi” komandası layiq görülmüşdür. II yeri Sumqayıt “Asan Xidmət” Mərkəzinin “Mübariz”, III yeri isə Qızıl Aypara cəmiyyətinin Sumqayıt şəhər Bölməsinin eyni adlı komandası tutmuşdur.
Qalib komandalar Baş İdarənin kubok, Fəxri Fərman, medal və xatirə hədiyyələri ilə təltif edilmiş və nahar fasilə təşkil olunmuşdur.







Baxış sayı: 487


Bölməyə aid digər xəbərlər