Bütün xəbərlər
Rusiya beynəlxalq ictimaiyyəti Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-ə hücumunu pisləməyə çağırıb
Tarix: 08-04-2024 22:49 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya Federasiyası beynəlxalq ictimaiyyəti Ukrayna ordusu tərəfindən Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmasını pisləməyə çağırır.
"Onun (Kiyev rejiminin) Qərb sponsorları cinayətlərini ört-basdır etmək və silah və sursatla təmin etmək əvəzinə, Ukraynanın siyasi və hərbi hakimiyyətinin ehtiyatsız hərəkətlərinə görə cavab verməlidirlər", - Rusiyanın BMT-dəki daimi nümayəndəsi qeyd edib.
Bundan əvvəl Zaporojye Atom Elektrik Stansiyasının mətbuat xidməti 6-cı enerji blokunun günbəzinin atəşə tutulması barədə məlumat verərək, kritik dağıntının aşkar edilmədiyini bildirmişdi. Yeməkxana və yük limanı ərazisinə də dron zərbələri endirilib.
Blokların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES Dnepr çayının sol sahilində yerləşir. 2022-ci ilin payızında Zaporojya AES Rusiyanın mülkiyyətinə keçib.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər