Bütün xəbərlər
Zelenski: "Amerika dəstəyi olmadan Ukrayna uduzacaq"
Tarix: 07-04-2024 19:04 | Bölmə: Manşet

Vladimir Zelenski əmindir ki, ABŞ-ın maliyyə dəstəyi olmadan Kiyev rejimi məğlub olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna üçün dünya üzrə vəsait toplayan məşhur insanlarla görüşdə Zelenskinin qeyd etdiyinə görə, Konqres “bunu konkret deməlidir”.
“Konqresdən bu dəstək olmasa, nəinki qalib gəlmək, hətta dayanmaq da çətin olacaq”, - deyə, Zelenski əlavə edib.
Bazar günü Ukrayna prezidentinin Teleqramında sponsorlarla görüş barədə mesaj dərc olunub.
Bundan əvvəl Zelenski bildirib ki, hərbi yardım olmasa, Ukrayna Silahlı Qüvvələri ancaq geri çəkiləcək.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər