Bütün xəbərlər
Netanyahu: "İsrail İrandan gələn bütün təhlükələrə cavab verəcək"
Tarix: 04-04-2024 23:32 | Bölmə: Manşet

İsrailin baş naziri Benyamin Netanhu İranın ruhani liderinin Dəməşqdəki İran konsulluğuna raket hücumuna görə qisas alınmasının labüdlüyünə dair ivrit dilindəki bəyanatına cavab verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Netanyahu hərbi-siyasi kabinetin iclasında deyib: "Biz sadə prinsip əsasında hərəkət edəcəyik - bizə zərər verən və ya bunu etməyi planlaşdıran hər kəsə zərər verəcəyik".
İsrail Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, Tehran uzun illərdir həm birbaşa, həm də öz peykləri vasitəsilə Təl-Əvivə qarşı işləyir. Buna görə də İsrail İrana və onun peyklərinə qarşı həm müdafiə, həm də hücum xarakterli hərəkət edir, Netanyahu bildirib.
Aprelin 4-də İDF komandanlığı artıq İran təhlükəsinə cavab verməyə başlayıb. İsrail Müdafiə Qüvvələri hava hücumundan müdafiə sistemində xidmət etmiş ehtiyatda olan hərbçilərin cəlbini artırıb.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər