Bütün xəbərlər
Tasnim: "İranın Suriyadakı konsulluğuna İsrailin endirdiyi zərbə nəticəsində iki SEPAH generalı öldürülüb"
Tarix: 01-04-2024 23:43 | Bölmə: Manşet

İslam İnqilabı Keşikçiləri Korpusu generalı Məhəmməd Hadi Hacı Rəhimi İsrail Hərbi Hava Qüvvələrinin İranın Suriyadakı Baş Konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Onun SEPAH-ın ölən briqada generalı Məhəmməd Rza Zahidinin müavini olduğu dəqiqləşir.
Bundan əvvəl İranın Dəməşqdəki səfiri hücum zamanı bir neçə iranlı hərbi məsləhətçinin İranın Baş Konsulluğunun binasında olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində 5-7 nəfər həlak olub.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər