Bütün xəbərlər
Lionel Messi hələ də zədəsini sağaltmayıb
Tarix: 30-03-2024 13:22 | Bölmə: Manşet

"İnter Mayami"nin lideri Lionel Messi "Nyu York Siti" ilə MLS çempionatında komandasına kömək edə bilməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı argentinalı omba nahiyəsindən aldığı zədədən hələ də sağalmayıb.
Lionel Messi martın ortalarında bud nahiyəsindən zədə almışdı. Hücumçu Argentina ilə El Salvador və Kosta-Rika yığmaları arasında keçirilən iki yoldaşlıq görüşünü buraxmaq məcburiyyətində qalıb.
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino Messinin hələ meydana çıxmağa hazır olmadığını bildirib. Hazırda argentinalı fizioterapevtlərlə işləyir. "Çempionat.com" xəbər verir ki, Martino Lionelin bir həftə ərzində meydana çıxa biləcəyinə ümid etdiyini bildirib.
Bu mövsüm Lionel Messi bütün turnirlərdə 5 oyun keçirib və bu turnirlərdə 5 qol vurub. Messinin Amerika klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər