Bütün xəbərlər
Peskov: "Terror aktından sonra Putin bütün gecəni yatmadı və xəbərlər aldı"
Tarix: 27-03-2024 21:23 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya departamentlərinin rəhbərləri terror aktından sonrakı vəziyyət barədə bütün gecəni Vladimir Putinə məruzə ediblər - dövlət başçısı səhərə qədər işləyib, prezidentin mətbuat katibi Dmitri Peskov “Moskva. Putin” proqramında Pavel Zarubinə müsahibəsində deyib.
Xüsusilə, artıq səhər saatlarında baş nazirin müavini Tatyana Qolikova yaralıların xəstəxanalara yerləşdirilməsi və ilk əməliyyatlar barədə məlumat verib. Peskov qeyd edib ki, belə məqamlarda heç kimin, xüsusən də prezidentin yatmağa vaxtı yoxdur.
Xatırladaq ki, faciə martın 22-də baş verib. Bir qrup terrorçu Moskva yaxınlığındakı "Crocus City Hall" binasına soxulub. Silahlılar “Piknik” qrupunun konsertinə gələn insanlara atəş açıb, daha sonra binanı yandırıblar.140 nəfər hücumun qurbanı olub.
Hücumun bütün günahkarları Bryansk vilayətində Ukrayna ərazisinə soxulmaq istəyərkən saxlanılıb. Onlar terrorçuluqda ittiham olunublar.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər