Bütün xəbərlər
Endrik Peleni məğlub edərək Braziliya üçün rekord vurdu
Tarix: 27-03-2024 14:43 | Bölmə: Manşet

Braziliya millisi yoldaşlıq görüşündə İspaniya yığması ilə 3:3 hesablı heç-heçə edib. Qonaqların qollarından birini Endrik vurub.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qol 17 yaşlı braziliyalı forvardın millinin heyətində ikinci qolu olub. Bundan əvvəl Endrik ingilislərlə görüşdə fərqlənib. O, Braziliya millisinin heyətində ilk 49 dəqiqədə iki qol vuraraq milli rekorda imza atıb. Bunun üçün Peleyə 64 dəqiqə, Ronaldoya isə 529 dəqiqə lazım idi.
"Real Madrid"ə məxsus "Palmeyras"ın futbolçusu əvəzedicidən meydana çıxdıqdan 4 dəqiqə sonra İspaniya millisi ilə oyunda qol vurub. İngiltərə yığması ilə matçda da əvəzedici heyətdə meydana çıxan Endrik qələbə qolunu vurub.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər