Bütün xəbərlər
Radanın deputatı Qonçarenko: "Danilov Ukraynanın Norveçdəki səfiri olacaq"
Tarix: 26-03-2024 21:58 | Bölmə: Manşet

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilov ölkənin Norveçdəki səfiri olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonaçrenko (Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısına daxildir) öz Telegram kanalında məlumat verib.
Bu gün, martın 26-da Ukrayna prezidenti Vladimir Zelenski Danilovun Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Onun yerinə əvvəllər Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postunu tutan Aleksandr Litvinenko təyin edilib.
Bundan əvvəl Danilov ÇXR-in Avrasiya üzrə xüsusi nümayəndəsi Li Huinin adını nalayiq şəkildə təhrif etməklə beynəlxalq qalmaqala səbəb olub. Çin Xarici İşlər Nazirliyi bunu şərh edərək qeyd edib ki, Kiyev hakimiyyəti Pekinlə münasibətlərə böyük diqqət yetirir və ÇXR hökumətinin xüsusi nümayəndəsinin vasitəçilik səylərini yüksək qiymətləndirir.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər