Bütün xəbərlər
Avropa Birliyi Ukraynanı ukraynalıları sevdiyi üçün dəstəkləmir, Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib
Tarix: 26-03-2024 11:08 | Bölmə: Manşet


Amerikanın CNN telekanalına verdiyi müsahibədə Borrell izah edib ki, bu, sadəcə olaraq səxavət məsələsi deyil.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Avropa Birliyi Ukraynanı ukraynalıları sevdiyi üçün dəstəkləmir. "Bu, bizim öz maraqlarımıza uyğundur. Bu, həm də qlobal oyunçu kimi ABŞ-ın maraqlarına uyğundur", - RİA Novosti Borrellin sözlərindən sitat gətirir.
Bundan əvvəl Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kiyevi Qərb ölkələrindən silahlarla doldurmaq Rusiya və Ukrayna arasında danışıqların uğuruna kömək etmir.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər