Bütün xəbərlər
Putin: “Krokus”da terror aktını kimin törətdiyini bilirik, sifarişçi ilə maraqlanırıq"
Tarix: 25-03-2024 22:22 | Bölmə: Manşet

Rusiya “Krokus Siti Hall”da terror aktını kimin törətdiyini bilir – radikal islamçılar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin faciədən sonra görülən tədbirlərlə bağlı müşavirədə deyib.
Lakin dövlət başçısının da vurğuladığı kimi, biz sifarişçi ilə maraqlanırıq.
Putin qeyd edib ki, ABŞ müxtəlif kanallarla hər kəsi inandırmağa çalışır ki, qanlı terror aktında guya Kiyevin izi yoxdur, bunu İŞİD terror təşkilatı (Rusiya Federasiyasında qadağan olunub) törədib.
“Radikal islamçıların həqiqətən Rusiyaya zərbə endirməyə qərar verib-verməməsi ilə bağlı bir sıra suallara cavab almalıyıq”, - deyə, Putin bildirib.
Prezident terror aktı ilə bağlı aparılan istintaqın gedişi barədə mütəmadi olaraq ona məlumat verməyi tapşırıb.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər