Bütün xəbərlər
Karin Knaysl: "Crocus"da baş verənlər Rusiyaya qarşı planlaşdırılmış terror hücumu idi
Tarix: 23-03-2024 22:05 | Bölmə: Manşet

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl hesab edir ki, "Crocus City Hall"da törədilən terror aktı sifarişli olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Knayslın bildirdiyinə görə, bütün dünya artıq 130-dan çox insanın həyatına son qoyan "Crocus" terror aktını pisləməlidir. O, vurğulayıb ki, Avropanın bir çox tanınmış simaları cinayətkarların əməllərini tam qınamırlar. Diplomat əmindir ki, bunlar Rusiyaya qarşı hərəkətlərdir və terror aktı sifarişlidir.
"Bunun arxasında siyasi əsaslar olan cinayət. Bunlar konkret dövlətə qarşı hərəkətlərdir", - Knaysl deyib.
Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri faciədə həlak olanların və yaralananların ailələrinə başsağlığı verib. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir sıra digər siyasətçilər başsağlığı verib.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər