Bütün xəbərlər
Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı olub
Tarix: 23-03-2024 15:45 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın başçısı Şavkat Mirziyoyev ilə "Crocus City Hall"da baş verən terror aktını müzakirə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Özbəkistan prezidenti Moskva yaxınlığındakı “Krokus”da baş vermiş terror aktını qətiyyətlə pisləyib. Mirziyoyev faciə ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib. O, dəstək sözlərini çatdırıb və atışma zamanı yaralananların tezliklə sağalmasını arzulayıb.
Söhbət zamanı tərəflər terrorizmlə mübarizə sahəsində əməkdaşlığı davam etdirmək niyyətlərini təsdiqləyiblər.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko başsağlığı verib.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər