Bütün xəbərlər
Nebenzya: "İsrailin Suriyaya zərbələri beynəlxalq hüququn pozulmasıdır"
Tarix: 21-03-2024 22:55 | Bölmə: Manşet

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Rusiya İsrailin Suriyaya hücumlarını pisləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın vurğuladığına görə, Rusiya tərəfi bu cür hücumları Suriyanın suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması kimi qiymətləndirir.
"Belə məsuliyyətsiz hərəkətlər həm Suriyanı, həm də onun bir sıra qonşularını genişmiqyaslı regional qarşıdurmaya cəlb etmək riski ilə doludur", - Vasili Nebenzya qeyd edib.
O, həmçinin BMT strukturlarının bölgədəki humanitar reaksiyasına İsrailin hücumlarının ciddi mənfi nəticələrinə diqqət çəkib.
Vasili Nebenzya əlavə edib ki, Suriya-İsrail sərhədində gərginlik xarici müdaxilə və xarici hərbçilərin Suriya Ərəb Respublikasının şimalında davam edən qeyri-qanuni mövcudluğu səbəbindən artır.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər