Bütün xəbərlər
Sergey Lavrov: "İdmanın siyasiləşdirilməsi tezliklə bitməyəcək"
Tarix: 21-03-2024 14:53 | Bölmə: Manşet

Xarici işlər naziri Sergey Lavrov dünya idmanındakı vəziyyəti şərh edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xarici işlər naziri siyasətin idmana aktiv müdaxiləsini qeyd edib.
Sergey Lavrov idmanın siyasiləşdirilməsinə kəskin mənfi münasibət bəsləyir. Lakin Rusiyanın xarici işlər naziri anlayır ki, bu proses davam edəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İvitsa Daçiç ilə görüşdə idmanın siyasiləşdirilməsini qəbuledilməz hesab etdiyini bildirib. “Amma Qərbin idman rəsmiləri vasitəsilə həyata keçirdiyi bu xətt, təəssüf ki, davam edəcək və tezliklə bitməyəcək”, - RİA Novosti Lavrovdan sitat gətirir.
Rusiya və Serbiyanın xarici işlər nazirləri Moskvada danışıqlar aparır. Axşam saatlarında Sergey Lavrov və İvitsa Daçiç iki ölkənin futbol komandaları arasında keçiriləcək oyunda iştirak edəcəklər. "Matça maraq böyükdür. Stadion dolacaq. Ümid edirəm ki, futbolçular bizi yaxşı oyunla sevindirəcək".
Martın 21-də Moskvada, “Dinamo” stadionunda Rusiya və Serbiya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Görüş saat 20.00-da başlayır.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər