Bütün xəbərlər
Bəhreyn kralı Putini seçkilərdə qələbəsi münasibətilə təbrik edib
Tarix: 20-03-2024 21:52 | Bölmə: Manşet

Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə telefonla Rusiya prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib və ona rus xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, liderlər müxtəlif sahələrdə - ticarət və investisiyalardan tutmuş ətraf mühitin mühafizəsinə qədər qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Kremlin mətbuat xidməti xəbər verir ki, öz növbəsində Vladimir Putin Həməd Bin İsa Əl Xəlifəni və bütün Bəhreyn xalqını müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.
Bundan əvvəl Rusiya prezidentini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Serbiya prezidenti Aleksandr Vuçiç təbrik ediblər.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər