Bütün xəbərlər
Putin və Modi arasında ətraflı telefon danışığı olub
Tarix: 20-03-2024 13:40 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Modi Putini Rusiya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və Rusiya xalqına firavanlıq arzulayıb.
Siyasətçilər həmçinin beynəlxalq gündəmdəki məsələləri, xüsusən də Ukraynadakı vəziyyəti müzakirə ediblər. Hindistanın baş naziri Rusiya ilə çoxtərəfli formatlarda, o cümlədən ŞƏT və BRİKS çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyib.
Rusiya lideri, öz növbəsində, Modiyə Hindistanda keçiriləcək parlament seçkilərinin uğurlu keçməsini arzulayıb.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər