Bütün xəbərlər
Vuçiç Putini Rusiya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib
Tarix: 19-03-2024 22:14 | Bölmə: Manşet

Serbiya prezidenti Aleksandr Vuçiç Vladimir Putini Rusiya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.
Serbiya lideri Belqradda Rusiyanın səfiri Aleksandr Botsan-Xarçenko ilə görüşdə Rusiya dövlətinin hazırkı rəhbərinə təbriklərini çatdırıb.
Vuçiç təbrik məktubunda ölkəsinin üzləşdiyi çətinliklərə və siyasi çağırışlara diqqət çəkib. Bundan əlavə, prezident Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.

Bundan əvvəl Aleksandr Vuçiç Serbiyanın müstəqil siyasətini davam etdirəcəyini və Rusiya əleyhinə sanksiyalara qoşulmayacağını bildirmişdi.
Rusiyada prezident seçkiləri martın 17-də başa çatıb. Protokolların 100%-nin işlənməsinin nəticələrinə əsasən, Vladimir Putin 87,28% səs toplayıb.
Bundan əvvəl Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Rusiya Federasiyasında keçirilən prezident seçkilərində seçici fəallığı ölkənin müasir tarixində rekord göstərici olub və 77,44% təşkil edib.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər